Hamımız satıcıyıq, məsələ nəyi və necə satmağımızdadır..

Bu yaşıma qədər anladığım ən vacib həyat həqiqəti budur ki – bizim həyatda qazandığımız ən böyük dəyər ŞƏXSİ İNKİŞAFIMIZDIR! Elə insanlar var ki, 20 yaşında da, 30 yaşında da, 40 yaşında da eyni insandır. Eyni xasiyyət, eyni bilik səviyyəsi, eyni bacarıqlar, insanlara eyni cür münasibət, eyni tip zarafatlar və s. Elə insanlar da var ki, […]

Mağaza açmamışdan gülməyi öyrən.. Çin atalar sözü Dostlar əgər siz satışla məşğul olursunuzsa, sizin üzünüzdə daim mehriban, qayğıkeş TƏBƏSSÜM olmalıdır. Siz günəş kimi işıq saçmalı, uşaq kimi xoşbəxt və qayğısız görünməlisiniz. Əlbəttə, əgər siz satışlarınızı artırmaq üçün hansısa kitablar, məqalələr oxumusunuzsa, digər satıcıları müşahidə edirsinizsə müştəri ilə ünsiyyətdə təbəssümün əhəmiyyətini dərk edirsiniz. Lakin biz istəyirik […]

Bu mənim satış söhbətindəki ən sevimli mövzumdur. Belə ki, özüm uzun müddət sualların sehrli gücündən istifadə etmədən axmaqcasına potensial müştərilərimi bezdirmişəm, uzun söhbətlərimlə onları yormuşam. 2004 -2005 aralığında mənə dözən bütün müştərilərimə (eləcə də müştərim olmayanlara) öz üzrxahlığımı bir daha bildirirəm.   Dostlar, satış söhbəti əslində adi söhbətdən heç də fərqlənməməlidir. Bu çox sadə, axıcı, […]

Əziz dostlar! Nə qədər böhranın yaxşı tərəflərindən danışsaq da, həyəcan, qorxu hissi ürəyimizə vəlvələ salır. Ən pisi isə bu qorxu, bəzən ümidsizlik liderləri də öz ağuşuna alır. Söhbət satış rəhbərlərindən və ya elə sahibkarın özündən gedir. Bu çox təhlükəli haldır. Çünki liderin gözlərində qorxu və ümidsizlik gördükdə komandadakı ən optimist satıcı belə təslim olur, satmaq […]