Hamımız satıcıyıq, məsələ nəyi və necə satmağımızdadır..

Dostlar bu yazı ilə bir qədər mövzudan kənara çıxıram. Bu dəfə satışdan deyil, əsas dəyərlərdən söhbət edək. Çünki adamın xoşbəxt olması üçün ilk olaraq nəyin onu xoşbəxt edəcəyini bilməsi lazımdır. Bildisə qalanı onların arxasınca qaçmaqdır. Bu gün gördüyümüz odur ki, adamlar “sürünü qoyub ala dananın arxasınca qaçırlar”. Maşın alır xoşbəxt olmur, sevir xoşbəxt olmur, evlənir […]

Həqiqətən də elə satıcılar var ki, müştərilər onlara etiraz etməkdə çətinlik çəkirlər. Onlar eyni zalda, eyni müştəri qrupu ilə işləyən yoldaşlarından dəfələrlə az müştəri müqavimətinə rast gəlirlər. Onlar haqda deyirlər ki, üzündə şeytan tükü var. Əslində bu paradoksun səbəbləri var. Düzdür hamının ilk ağlına gələn odur ki, satıcı əks cinsin nümayəndəsidirsə, üstəgəl cəlbedicidirsə ona etiraz […]

Bu yaşıma qədər anladığım ən vacib həyat həqiqəti budur ki – bizim həyatda qazandığımız ən böyük dəyər ŞƏXSİ İNKİŞAFIMIZDIR! Elə insanlar var ki, 20 yaşında da, 30 yaşında da, 40 yaşında da eyni insandır. Eyni xasiyyət, eyni bilik səviyyəsi, eyni bacarıqlar, insanlara eyni cür münasibət, eyni tip zarafatlar və s. Elə insanlar da var ki, […]

Mağaza açmamışdan gülməyi öyrən.. Çin atalar sözü Dostlar əgər siz satışla məşğul olursunuzsa, sizin üzünüzdə daim mehriban, qayğıkeş TƏBƏSSÜM olmalıdır. Siz günəş kimi işıq saçmalı, uşaq kimi xoşbəxt və qayğısız görünməlisiniz. Əlbəttə, əgər siz satışlarınızı artırmaq üçün hansısa kitablar, məqalələr oxumusunuzsa, digər satıcıları müşahidə edirsinizsə müştəri ilə ünsiyyətdə təbəssümün əhəmiyyətini dərk edirsiniz. Lakin biz istəyirik […]

Bu mənim satış söhbətindəki ən sevimli mövzumdur. Belə ki, özüm uzun müddət sualların sehrli gücündən istifadə etmədən axmaqcasına potensial müştərilərimi bezdirmişəm, uzun söhbətlərimlə onları yormuşam. 2004 -2005 aralığında mənə dözən bütün müştərilərimə (eləcə də müştərim olmayanlara) öz üzrxahlığımı bir daha bildirirəm.   Dostlar, satış söhbəti əslində adi söhbətdən heç də fərqlənməməlidir. Bu çox sadə, axıcı, […]