Hamımız satıcıyıq, məsələ nəyi və necə satmağımızdadır..

Tanış olaq

Tanış olaq

1984-cü il 12 aprel tarixində Şirvan (əvvəlki Əli Bayramlı) şəhərində anadan olmuşam. 2000 – 2006 cı illər arası Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsində təhsil almışam. 2004-cü ildən biznes fəaliyyətinə başlamışam. Qısa müddətdə Azərbaycanın 7 regionunu və Bakı şəhərini əhatə edən  satış komandası qurub 2015-ci ilə qədər aktiv şəkildə müalicəvi vasitələr, tibbi avadanlıqlar satışını həyata keçirmişəm.

Yaratdığımız müştəri bazası Azərbaycandan savayı Gürcüstan, Ukrayna, Rusiya və Türkiyəyə qədər şaxələnmişdir. 2014-cü ildə dostlarımızla SatGroup şirkətini təsis etdik. Məqsədimiz satışla məşğul olan bütün aktiv insanlara və şirkətlərin personalına peşəkarlıqlarını artırmaqda və daha effektiv satışlar etməkdə köməkçi olmaqdır. Bu günə qədər 120 dən çox məzunumuz var. Youtube kanalımızda onların təəssüratları ilə tanış ola bilərsiniz . Eyni zamanda Gobustone, AGA Group, Kontakt Home, Tepe Azərbaycan, Vip Dental, Sky Bridge, Optimax, Natura İnşaat, Buzer İnşaat, Piramida Adversting, Media Master, Cersan Asansör, İvento, Konsis kimi şirkətlərin satış personalı və rəhbər şəxsləri üçün də təlimlər keçmişik.

Təlim keçməyi çox sevirəm. Həm prosesin özündən həzz alıram həm də nəticələrindən. Təlim prosesi çox maraqlıdır. Müzakirələr, yeni bilgilər, müxtəlif məhsullar, müxtəlif problemlərin həlli adama böyük zövq verir. Təlimlərin nəticəsində məzunlarımızın işində baş verən müsbət dəyişikliklər, onların inkişafı isə bizim üçün fantastik stimuldur. Bütün bunlarla yanaşı təlimlər zamanı çox dəyərli dostlar qazanırıq ki, bunu də hər şeydən üstün tuturam.

Hazırda da çox aktiv şəkildə satış və satışın təşkili ilə məşğul oluram (VEGAS LLC, avtokimya məhsullari). Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 10 cəngavər satış nümayəndəsindən ibarət komandam var. Onlarla, onların işi ilə fəxr edirəm. öyrəndiklərimizi daim tətbiq edir, tətbiq etdiklərimizdən də öyrənirik.

Düşünürəm ki, təlimçinin təlim demək haqqının olması üçün o iş başında olmalıdır. Mövcud problemləri öz cildində hiss etməli, hər ay real uğurlar qazanmalıdır.

Bu blogu yaratmaqda məqsədim, daim yaranan fikirlərimi sizinlə bölüşmək, mümkün qədər daha çox insana faydalı olmaqdır. Təndiqlərinizə və təkliflərinizə açığam.

Bloqumu ziyarət etdiyiniz üçün sizə sonsuz təşəkkürümü bildirirəm!