Hamımız satıcıyıq, məsələ nəyi və necə satmağımızdadır..

Yeni məhsulun satışı

Yeni məhsulun satışı

 

Hər yeni məhsulun satışı ciddi hazırlıq tələb edir.

 

Heç bir halda bizim təcrübəmiz, satış bacarıqlarımız bizi aldatmamalıdır. Bəzən belə deyirlər ki, filankəs super satıcıdır, o istənilən məhsulu sata bilər. Bəli, əlbəttə ki bu belədir. Satış adamının satış bacarıqları onun əsas silahıdır. Lakin uğur qazanması üçün onun mütləq yeni məhsulu çözməsi lazımdır.  Yeni məhsulun satışını dərhal yüksək səviyyəyə çatdırmaq üçün biz onu satmağa hazırlaşmalıyıq.

 

Düşünürəm ki, aşağıdakı 7 punkt sizə istənilən yeni məhsulu asanlıqla satmağınıza kömək edəcək:

 

  1. 1. Məhsulun bütün xüsusiyyətlərini öyrənmək lazımdır. Hər bir məhsulun özəllikləri, üstünlükləri, yenilikləri var. Düzdü bəzi xüsusiyyətlər əsas xüsusiyyətlərdir. Lakin qəti deyil ki, bütün müştəriləri yalnız 1-2 əsas xüsusiyyət maraqlandırır. Bəzən müştərini ən əhəmiyyətsiz görünən xüsusiyyət daha çox maralandırır. Buna görə də məhsulu tam şəkildə bütün xüsusiyyətləri ilə birlikdə öyrənmək lazımdır. Məhsulu nə qədər yaxı bilirsənsə sənin dilində onun dəyəri də bir o qədər yüksək səslənir.

 

  1. 2. Məhsulun hansı insanlara daha çox faydalı olacağını müəyyən etmək lazımdır. Biz məhsulumuzun müştərisini dərhal tanımalıyıq. Zənglərimizin, ziyarətlərimizin mənasız vaxt itgisinə çevrilməməsi üçün bunu öncədən düşünməliyik.

 

 

  1. 3. Bu məhsul potensial müştərinizin hansı ehtiyaclarını ödəyir? Bu ehtiyacları dəqiq müəyyən etməli, bu ehtiyacların müştəri üçün nə dərəcədə önəmli olduğunu dəqiqləşdirməlisiniz? Əslində bizim satışlarımızın baş tutma səbəbləri elə bu ehtiyacların varlığıdır. Bizim bütün satış söhbətimiz dəqiq təyin olunmuş ehtiyacların üzərindən olmalıdır. Bu halda yüksək satışlarınız qarantilənir.

 

  1. 4. Məhsulunuz müştərinizin ehtiyaclarını hansı şəkildə ödəyir? Satış söhbətində biz elə bu prosesdən danışmalıyıq. Danışığımızın aydın və təsirli olması üçün isə bax bu prosesi yaxşıca təsəvvür etməliyik.

 

 

  1. 5. Müştərinizin məhsuldan maksimum faydalanması üçün onu hansı şəkildə istifadə etməlidir? Razı müştəri daimi müştəriyə, daimi müştəri isə reklam edən müştəriyə çevrilərək sizə bol satışlar gətirir. Müştərinin razı qalması üçün onun məhsuldan tam faydalanması gərəkir. Ona bu işdə kömək etməyə hazır olun.

 

 

  1. 6. Bazarda bu məhsula hansı alternativlər var. Onların qiyməti və xüsusiyyətləri necədir? Siz öz məhsulunuzu müştəriniz üçün necə daha yaxşı seçim kimi (elternativlərə nisbətən) göstərə bilərsiniz? Müştəri mütləq öz beynində sizin məhsulu eşitdiyi gördüyü digər alternativlərlə müqayisə edir. Bəzən hətta bunu səsləndirir. Belə müqayisə də özünüzü üstün göstərə bilmək üçün rəqibləri və alternativləri yaxşı bilməlisiniz.

 

 

  1. 7. Müştərinin bu məhsulla bağlı hansı etirazları ola bilər? Bu etirazlarla necə işləmək olar? Hansı arqumentlər gətirə bilərsiniz? Hər bir məhsula bağlı etirazlar olur. Etirazlar satış söhbətində sizin aşmalı olduğunuz baryerdir. Bunu bacarmaqla siz məhsulu ən azı 2 dəfə çox sata bilərsiniz. Niyə görə də öncədən bu işin hazırlığını etməyəsən?

 

 

Siz daha çox sata və daha çox qazana bilərsiniz!