Hamımız satıcıyıq, məsələ nəyi və necə satmağımızdadır..

Satış menecerinin HƏYAT YOLDAŞI

Satış menecerinin HƏYAT YOLDAŞI

Sizin ömür gün yoldaşınız satış meneceri, satış nümayəndəsi işləyir?

 

Sizi təbrik edirik. Çünki sizin yayda Antalyada (və ya Baham adalarında) dincəlmək, şəxsi maşına və arzuladığınız evə sahib olmaq imkanınız, övladlarınıza isə mükəmməl təhsil vermək şansınız var. Lakin bütün bunları sizin zəhmətkeş bəyiniz təkbaşına edə bilməyəcək. Sizin dəstəyiniz olmadan bu demək olar ki, mümkün deyil.

 

Mənim bir dostum var. Gürcüdür. Yaşca da məndən xeyli böyükdür. Təqribən 15 il əvvəl o öz ailəsi ilə Bakıya iş dalınca gəlir. Satış meneceri kimi işləməyə başlayır. Heç başqa bir iş təklif edən də olmur. Qazancı yalnız və yalnız satdığı maldan idi (ancaq %). Satmasaydı ac qalmalı idilər. Dediyinə görə elə günlər olub, hətta utandığından evə çox gec gəlirmiş, övladı yatandan sonra. Borclar günü gündən artır. Vəziyyət elə kritik həddə çatır ki, heç kim daha borc vermir. Onlar ya Gürcüstana qayıdıb təsərrüfatla məşğul olub daimi kasıblıq içində yaşamalı idilər ya da ki bir qədər də dözüb satışların artacağına, müştərilərin sayının artacağına ümid bəsləməli idilər. Bizə baxmayın başqa ölkələrdə belə durumlarda adətən ailələr dağılır. Bu vaxt bu gürcü balasının həyat yoldaşı (o da gürcü qızı) öz sonuncu qızıl sırğalarını da ərinə verir ki satsın və işinə davam etsin. Ona inandığını söyləyir.

Bu gün bu ailənin həm Bakıda həm də Tiflisdə şəxsi mənzilləri, Tiflis ətrafında bağ evi (villa), kiçik oteli və arıçılıq təsərrüfatı var. Bu hələ mənim bildiklərimdir. İlin 6-7 ayını səfərlərdə və səyahətlərdə olurlar. Oğlu futbol məktəbinə gedir və ata hər cür dəstək olur. Xanımın qırmızı Kia seul (yoldaşı yeni ilə hədiyyə verib) və kiçik biznesi var.

 

Deməli belə. Yuxarıdakı nümunə kopyalamaq üçün deyil. Sizin heç öz sırğalarınızı satmağa da ehtiyac yoxdur. Sadəcə aşağıdakı formada öz həyat yoldaşınıza dəstək olun ki, o sizin üçün arzuladığınız həyat səviyyəsini təmin etsin:

 

  1. 1. Çalışın ki o tez yatsın. Çünki iş başında qızarmış və torbalanmış gözlərlə, enerjisi tükənmiş vəziyyətdə müştərinin etibarını qazanmaq, onu inandırmaq çətindir.

 

  1. 2. Çalışın hər nə olur olsun səhər evdən yüksək əhvalda çıxsın. Yüksək əhval müştəriləri və pulu cəlb edir. Qoy o pulu oyanaya – oynaya qazansın. Müştərilər şən və mehribar satış adamlarını xoşlayırlar. Onlarla işləmək istəyirlər.

 

  1. 3. Çalışın şalvarı, köynəyi həmişə təmiz və ütülü olsun. Müştərilər bu şeylərə çox fikir verirlər. Onların sizin həyat yoldaşınız haqda ilkin fikiri məhz bu amillərin sayəsində formalaşır. Elə edin ki, müştərilərin hamısı məmnuniyyətlə sizin yoldaşınızla söhbət emtək istəsin.

 

  1. 4. Axşam saat 21.00 dan sonra onu yedizdirməyə çalışmayın. Belə ki bu saatdan sonra qəbul olunmuş qida həzm olunmur. Ağır daş kimi mədəsindən sallanır. Səhər o özünü əzgin və narahat hiss edəcək. Köp və qıcqırma ona işə köklənməyə imkan verməyəcək.

 

  1. 5. Onun əməyini və nəaliyyətlərini qiymətləndirin. Buna ehtiyacı hədsiz çoxdur. O məhz sizin üçün vuruşur. Necə ki qədim dövrdə cəngavərlər öz ailəsi üçün döyüşə gedirdilərsə, bu gün də satış menecerləri öz ailəsi üçün kaprizli, çətin xasiyyətli müştərilərlə danışıqlara gedirlər. Əksəriyyəti  onları xoş qarşılamır, ən son anda sifariş etməkdən imtina edir, bəzən səbəbsiz yerə narazılıq edir, malı geri qaytarır, ödənişi gecikdirir. Bax bu danışıqlarda sizin yoldaşınızın göstərəcəyi performans sizin ailəsinizin rifahını və gələcək vəziyyətini müəyyən edir. Vəziyyət heç də həmişə belə davam etməyəcək. Vaxt gələcək onun daimi, ona sadiq olan müştəriləri olacaq. Satışları çox və asan olacaq. Lakin siz onun böyük uğurlarını görmək istəyirsinizsə, indi onun kiçik uğurlarını görün. Yeni müştəri qazanması ilə bağlı sevincinə siz də qoşulun, çətin iş günün sonunda çiynindən vurub, “eşq olsun mənim bəyimə” kimi ifadələrlə gumrahlaşdırın, dəstək olun.

Boş yerə deməyiblər ki, hər uğurlu kişinin arxasında müdrik qadın dayanır.