Hamımız satıcıyıq, məsələ nəyi və necə satmağımızdadır..

Kimlərə müştərilər etiraz edə bilmirlər?!

Kimlərə müştərilər etiraz edə bilmirlər?!

Həqiqətən də elə satıcılar var ki, müştərilər onlara etiraz etməkdə çətinlik çəkirlər. Onlar eyni zalda, eyni müştəri qrupu ilə işləyən yoldaşlarından dəfələrlə az müştəri müqavimətinə rast gəlirlər. Onlar haqda deyirlər ki, üzündə şeytan tükü var.

Əslində bu paradoksun səbəbləri var. Düzdür hamının ilk ağlına gələn odur ki, satıcı əks cinsin nümayəndəsidirsə, üstəgəl cəlbedicidirsə ona etiraz etmək çətindir. Mən də qəbul edirəm.

Lakin gördüyüm 5 əsas səbəbi də sizinlə bölüşürəm ki, bunları daha vacib hesab edirəm:

  1. 1. Onlar daim yüksək əhval ruhiyyədə olurlar. Belə adamlara etiraz etmək çox çətindir. Yüksək sürətlə irəliləyən qatarı kimsə saxlamağa cəsarət etməz. Üzü gülən, şən adamı da saxlamaq psixoloji cəhətdən çətindir. Həm də hamımız məhz pozitiv insanlarla işləmək istərik.
  2. 2. “Quş” buraxmadıqları üçün. Quş dedikdə – müştərinin zəhləsi gedən məhsulu ona təklif etmək və ya onun bəyənmədiyi xüsusiyyətləri qabartmaq (məsələn, avtomobilin mühərrik həcminin yüksək olmasından danışırsınız, sən demə müştəri qənaətil adamdır və belə avtomobillərə yaxın durmur) nəzərdə tuturam. Peşəkarlar müştəriyə məhsul təqdim etməmiş onun istəklərini, zövqünü yaxşıca araşdırır (https://www.youtube.com/watch?v=FoCPHXoqqYI). Ona görə də belə səhvlərə yol vermir.
  3. 3. Peşəkarlar müştəriyə məhsul təqdim etməmişdən qabaq, eləcə də məhsul təqdim edərkən, onun özü ilə yaxşı şəxsi münasibət yaradır. Səmimi, mehriban adama isə etiraz etmək çətindir. Ona görə də bacardığınız qədər müştəri ilə yaxşı kontakt qurmağı öyrənin. (https://www.youtube.com/watch?v=t_0WEWzRYR0)
  4. 4. Məhsulları haqda böyük həvəslə (pafoslu yox), inamla, sevgi ilə danışırlar. Entuziazm (coşqu + həvəs + inam) yoluxucudur. O müştəriyə də keçir.
  5. 5. Boş danışıqlara yol verib müştərini bezdirmir, söhbəti ucuzlaşdırmırlar. Satıcı artıq danışdıqca müştəri yorulur və soyuyur. O tezlikdə aralanmaq istəyir. Buna görə bir daha müştərinin əvvəl tələbatını öyrənin sonra daha konkret olaraq onu maraqlanıran məsələlərdən danışın. Hədəfə vurun.

Əgər az da olsa müştərilərlə işləmisinizsə deməli müştəri etirazlarının acısını dadmısınız. Əgər bu etirazların çox az olmasını, qarşılaşdığınız şəxslərin az müqavimətlə sizinlə razılaşmasını istəyirsinizsə yuxarıdakı qaydalara əməl etməniz sizə faydalı olar.

Hərçənd ki müştəri etirazları ilə işləmək üçün də əlimizdə effektli metodlar var. Onların bəzisi ilə buradan tanış ola bilərsiniz.  https://www.youtube.com/watch?v=_OnSRui4LeM