Hamımız satıcıyıq, məsələ nəyi və necə satmağımızdadır..

Satış kursu. Satış görüşünün 1-ci addımı. Müştəri ilə kontaktın yaradılması. Azad Qəhrəmanov

Belə bir deyim var: müştərinin səndən xoşu gəlməsə məhsulunu da almayacaq. Satış söhbətinin əvvəlində biz bacardığımız qədər müştəri ilə şəxsi münasibət qurmağa çalışmalıyıq. Bu proses bütün söhbət müddətində davam etməlidir. Biz elə etməliyik ki, bizimlə ünsiyyət zamanı o özünü rahat hiss etsin, bizə etibarı yaransın, əhvalı yüksəlsin. Buna nail olsaq satışın söhbətinin sonrakı addımları daha asan və uğurla keçəcək.