Hamımız satıcıyıq, məsələ nəyi və necə satmağımızdadır..

Bekar satıcı

Bekar satıcı

Satıcının çox müxtəlif işləri var.

Lakin əksər satıcılar onlardan yalnız biri ilə məşğul olurlar. Mağazada (ofisdə) ziyarətçi olanda ona məhsulları təqdim etmək.

 

Ziyarətçi yoxdusa iş də yoxdur. Stalin demiş, insan yoxdur problemi də yoxdur. Bekarçılıq, FB, boş söhbətlər. 1 saatdan sonra qəfil içəri girən olanda da zalda (ofisdə) əsnəyən, yuxulayan satıcını görür. Bu çox pis ilkin təəssürat yaratmaq üçün ideal vəziyyətdir.

 

Əslində isə satıcı mağazada ziyarətçi olmadığı halda xeyli faydalı, hətta gəlir gətirəcək işlərlə məşğul olmalıdır:

  1. 1. Təzəlikcə məhsul almış müştərilərə zəng vurub məhsul istifadəsindən razı qalıb qalmadılarını öyrənmək, təşəkkür etmək, köməklik təklif etmək.
  2. 2. Zəng vurub daimi müştərilərə yeni məhsullar, endirimlər haqda qısa məlumat vermək.
  3. 3. Mağazadakı məhsulların qiymətini əzbərləmək (ziyarətçi olarkən daha peşəkar görünmək, çevik olmaq üçün)
  4. 4. Yeni (köhnə) məhsulların xüsusiyyətlərini, istifadə qaydalarını araşdırmaq, öyrənmək.
  5. 5. Rəqib şirkətləri, mağazaları araşdırmaq. Təcrübəli satıcılardan, rəhbərlikdən, internetdən məlumat toplamaq.
  6. 6. Müştəriləri araşdırmaq. Kimdir bizim müştərilər. Daha çox kimlər bizdən alırlar. Bu adamların hansı istəkləri, hansı problemləri var. Qarşı tərəfi anlamadan ona nəsə satmaq mümkün deyil.
  7. 7. Satış məkanını, ofisi sahmana salmaq. Müştərinin gəlişinə hazırlamaq. Müştəri üçün kafortlu və cəlbedici məkanınız olsun.
  8. 8. Bayram ərəfələrində müştəriləri təbrik etmək. Şirkətin göndərdiyi standart sms-lər şirkətin standart təbrikidir. Bəs sən? Bəs sənin müştərinlə şəxsi, özəl münasibətin?
  9. 9. Əgər uyğundursa soyuq zənglər edərək, potensial müştərilərlə görüş almaq.

 

Hələlik bu qədər yeri gəldikcə əlavələrimi edəcəm. Bunları etsəniz qısa müddətdə bekar vaxtınız azalacaq, çünki müştəriləriniz çoxalacaq, gəliriniz artacaq.

 

Bekar olma, peşəkar ol!